XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2018 - 15:02

Ermənistanın keçmiş müdafiə naziri villasını sökdürür:"Maaşla belə mülk sahibi olmaq mümkün deyil”

 

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür.

Bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: “Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümkün deyil. Ancaq bu məntiq əsas tutulsa, o halda Ermənistanda son 25 ildə tikilən binaların azından 90 faizi sökülməlidir. Çünki ölkədə maaşla belə mülk sahibi olmaq mümkün deyil”.

Qeyd edək ki, Seyran Ohanjyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub/Report.