Gərginliklərin artdığı, daxili siyasi qarşıdurmalar və küçə etirazları dönəmində ABŞ prezidenti Londona səfər edib.
Bu, Donald Trampın 18 aylıq vəzifə müddətində ilk Britaniya səfəridir.
Qeyd edək ki, səfərindən əvvəl ABŞ dövlət başçısı Britaniyanı qaynar nöqtə adlandırmışdı.
Stansted hava limanından vertolyotla 15 dəqiqəlik səfərindən sonra Tramp birinci xanım Melania Trampla bərabər ABŞ-ın Britaniyadakı səfirliyinin iqamətgahına yollanıb.
Orada prezidenti səfir, Nyu-York jets fitbol komandasının həmsahibi Vudi Conson və səfirlik işçiləri Beatles qrupunun “We Can Work It Out” mahnısının sədaları altında salamlayıb.
Prezidentin səfəri Britaniya xarici işlər nazirinin istefası ilə bağlı yaranmış gərginlik vaxtına təsadüf edir.