XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 14:03

Xameneinin müşaviri:"İran ABŞ ilə danışıqlara ehtiyac görmür"

“İran qətnamələri və beynəlxalq razılaşmaları pozan ABŞ ilə danışıqların aparılmasına ehtiyac görmür”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Valday” diskussiya klubunda deyib.

“Danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar etmədiyimiz insanla danışıqlar necə aparmaq olar?”, – o bildirib.

Ə.Ə.Vilayəti qeyd edib ki, ABŞ hakimiyyəti beynəlxalq, o cümlədən nüvə sazişi üzrə razılaşmaları pozub.