XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 14:10

Ərdoğan Makronun dəvətindən imtina etdi:“İşim var…”

  

 Fransa prezidenti Emmanuel Makron NATO-nun Brüsseldəki sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Dünya Çempionatının finalında gerçəkləşəcək Fransa-Xorvatiya matçını tribunadan izləməyə dəvət edib.

Publika.az xəbər verir ki, Ərdoğan dəvətə qarşılıq olaraq “işim var, televiziyadan izləyəcəyəm” cavabını verib və təklifi rədd edib.

Liderlər sammit çərçivəsində 1 saat 15 dəqiqə görüş keçirib. Makron Ərdoğanı prezident seçkilərində qazandığı uğur münasibətilə təbrik edib. Daha sonra onu ölkəsinin mübarizə aparacağı Dünya Çempionatının final oyununa dəvət edib. Ərdoğan isə “hökuməti yeni qurduq, görəcək çox işimiz var, televiziyadan izləyəcəyik” cavabını verib.