XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 18:47

Avropa Komissiyası Yunkerin sərxoş olmadığını deyib:“Sammit zamanı işialqiya tutması baş verib”

 

“Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerdə işialqiya tutması baş verib, indi özünü yaxşı hiss edir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas deyib. “O, dərmanlar qəbul edir və hazırda özünü yaxşı hiss edir. Artıq dünən o, NATO sammiti və digər tədbirlərlə əlaqədar tam proqramda işləyib, gələn həftəyə də onun sıx iş qrafiki var”, – M.Sxinas deyib. Qeyd edək ki, bir sıra KİV-lər Yunkerin dünən NATO-nun sammitində iştirak edərkən şam yeməyindən əvvəl sərxoş olduğunu bildiriblər. Yayılan videokadrlarda Yunkerə pillələri enməyə dövlət başçıları kömək edir və ayaq üstə çətinliklə dayanır.