XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 20:16

Pakistanda mitinqdə partlayış törədildi –Siyasi partiya lideri və 70 nəfər öldü

Pakistanın Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayış baş verib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 70 nəfər ölüb, 25 nəfər yaralanıb.

İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzada Siray Raysanı həlak olub. Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.