XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2018 - 13:22

“Çelsi” klubuna yeni baş məşqçi təyin olunub- Rəsmi

İngiltərənin “Çelsi” futbol komandasına yeni baş məşqçi təyin olunub.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzində İtaliyanın “Napoli” klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib.