XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 21:07

BMT Təhlükəsizlik Şurası Pakistanda törədilmiş terror aktını pisləyib- Bəyanat

BMT Təhlükəsizlik Şurası Pakistanın Mastunq şəhərində azı 128 nəfərin ölümü ilə nəticələnən terror aktını qəti şəkildə pisləyib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bəyanatda BMT Təhlükəsizlik Şurasının iştirakçı ölkələrinin hadisədən dərin təəssüf hissi keçirdikləri bildirilir, həlak olanların ailəsinə və Pakistan hökumətinə başsağlığı verilir, xəsarət alanların tezliklə sağalması arzu edilir.

Qeyd olunub ki, istənilən halda və formada terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Təhlükəsizlik Şurası terror aktları törədənlərin, onların təşkilatçılarının, maliyyəçilərinin məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayıb, bütün dövlətləri beynəlxalq hüquq öhdəliklərinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Pakistan hökuməti və bütün müvafiq orqanlarla əməkdaşlıq etməyə çağırıb.