XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2018 - 09:17

Tramp yenidən pezidentliyə namizəd olacaq –"Özümə rəqib görmürəm..."

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp  Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində bildirib.

D.Tramp seçki prosesində Demokratlar düşərgəsində ona rəqib ola biləcək namizəd görmədiyini qeyd edib.

Mən rəqib görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur… Onlarda düzgün namizəd yoxdur”, – deyə D.Tramp qeyd edib.