Türkiyənin Trabzon bölgəsinin Maçka mahalında ötən ilin avqustunda baş verən atışmada 15 yaşlı Ərən Bülbülü şəhid edən terrorçular məhv edilib.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Tvitter hesabında yazıb.
“Ərən Bülbül, indi rahat-rahat ismini ana bilərik. O, satqınlar cəhənnəm də, sən isə cənnətdəsən. Qəhrəman jandarmalarımızı təbrik edirəm. PKK-nın Qara dəniz bölgəsi lideri, qırmızı axtarış siyahısında olan “Zeynəl” kod adlı Mehmet Yakışır, “Surej” kod adlı Barış Coşqun öldürüldü”, – nazir bildirib/Axar.az