XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 13:31

İraqda fövqəladə vəziyyət –Etiraz aksiyaları böyüyür

İraqın cənubunda yerləşən Bəsra, Kərbala, Nəcəf şəhərlərində davam edən etiraz aksiyalarının qarşısını almaq üçün küçəyə çıxmaq qadağası tətbiq edilir.

Qaynarinfo xəbər verir ki, ölkədə artıq bir neçə gündür insanlar xidmət sahələrindəki problemlər və elektrik enerjisinin verilməsində yaranan fasilələrə görə etiraz edir. Ötən gün nümayişlər paytaxt Bağdada da çatmış, hökümət paytaxtda interneti kəsmişdi.

Polis etiraz aksiyalarına bibər qazı ilə müdaxilə edib. Kərbəlada nümayişçilər hökümət binasına daxil olub. Bəzi ərazilərdə isə Şiə partiyalarının binalarına od vurulub.