XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 17:57

Tramp II Yelizaveta ilə görüşündən danışdı:"O, möhtəşəm qadındır, anam onun böyük pərəstişkarı idi"

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Yelizavetanı bəsirət gözü açıq, heyranedici incəliyə malik qadın adlandırıb.

O, bu barədə kraliça ilə görüşdən sonra “Daily Mail”ə müsahibəsində bildirib.

“O, möhtəşəm qadındır: bu qədər enerjili, fərasətli və bəsirət gözü açıq. O, valehedici idi! Son dərəcə diqqətçəkici və gözəl. Nəhayət, bu böyük şərəfə – onunla görüşməyə nail oldum”, – deyə ABŞ lideri bildirib.

Ağ Ev rəhbəri etiraf edib ki, onun anası – Şotlandiyanın Hebrid adasında dünyaya gələn mərhumə Meri Enn Tramp II Yelizavetanın böyük pərəstişkarı idi, onu zərifliyin təcəssümü hesab edirdi.

Onu da qeyd edək ki, D.Tramp II Yelizaveta ilə görüşən sayca 12-ci ABŞ Prezidenti olub/Teleqraf.com.