XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 20:22

“Böyük Britaniya hərbi sferada Rusiya və Çindən geri qalır” –Baş qərargahının keçmiş rəisi

“Yeni təhdidlərə qarşı durmaq üçün Britaniya ordusuna fundamental dəyişikliklər lazımdır”.

“Sputnik” agentliyi xəbər verir ki, bu haqda ölkənin Silahlı qüvvələrin Baş qərargahının keçmiş rəisi Nikolas Karter bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya hərbi sferada Rusiya və Çindən geri qalır.

Karter daha əvvəl qeyd edib ki, Londonda Rusiyanın qanadlı raketlərindən müdafiə yoxdur. O, müdafiə xərclərinin azaldılması ilə bağlı hökumətə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi döyüş hazırlığının saxlanılması əvəzinə “vitrini bəzəməyə” çalışır.

“Britaniyanın silahlanmasında gəmilər və təyyarələr var, amma onlar üçün hətta döyüş sursatı tez-tez çatışmır, çünki London Amerika güclərindən asılılığa öyrəşib”, – Karter vurğulayıb.