XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 11:17

Trampla Putinin görüşünə bir neçə saat qalır –Helsinkidə nələr müzakirə olunacaq?

  

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə bir neçə saat qalır. Bu həm də iki ölkə liderinin 2010-cu ilin aprelindən bəri ilk ikitərəfli sammiti olacaq.

Tramp Putinlə Finlandiyanın paytaxtı Helsinkidəki Prezident Sarayında görüşəcək. ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında da danışıqlar keçiriləcək.

İyulun 15-də axşam Tramp onlarla polisin müşayiəti ilə Helsinkiyə çatıb. Onu onlarla tərəfdarı qarşılayıb.

Son illər ABŞ-Rusiya münasibətləri Soyuq Müharibədən bəri ən gərgin dönəmini yaşayır – Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib; Moskva Ukraynanın şərqində münaqişədə iştirak edir; Rusiya 2016-cı ilin prezident seçkisinə müdaxilədə ittiham olunur; Suriya müharibəsi, İranın nüvə proqramının önlənməsi üzrə fikir ayrılıqları var.

Bundan başqa, Tramp iyulun 12-də NATO liderlərinin birgə bəyanatını imzalayıb. Bəyanatda deyilir ki, Rusiyanın siyasəti “sabitliyi və təhlükəsizliyi azaldıb”. Sənəddə Moskva avroatlantik təhlükəsizliyi və sabitliyə meydan oxumaqda suçlanır.

Tərəflər Helsinki görüşünə çox ümidli yanaşma sərgiləməkdə də ehtiyatlı davranıblar. İyulun 12-də NATO sammitindən sonra Brüsseldə çıxış edən Tramp deyib ki, Helsinki danışıqlarının münasibətləri yaxşılaşdıracağına ümid edir, amma bunun “sərbəst görüş” olacağını vurğulayıb.

“Bu görüşdən gözləntimiz böyük deyil. Suriya barədə danışmaq istəyirik”, – Tramp vurğulayıb. (Azadlıq Radiosu)