XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 14:53

Mogerini:“Kimin onların dostu olması ABŞ-a yaxşı məlumdur"

 

ABŞ adminstrasiyası kimin onların dostu olduğunu unutmamalıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının xarici əlaqələr üzrə Ali komissarı Federika Mogerini Helsinkidə ABŞ və Rusiya rəhbərlərinin görüşündən öncə bəyan edib.

O deyib: “Biz bilirik ki, ABŞ bizim dostumuzdur və adminstrasiyanın dəyişməsi dostluqu dəyişmir. Ümid edirəm ki, ABŞ adminstrasiyasına yaxşı məlumdur ki, kim onların dostudur”.

Qeyd edək ki, bu gün Helsinkidə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər. D.Tramp artıq Finlandiyadadır.