İyulun 16-da Yerevanın Ağsaqqallar Şurası paytaxt merinin seçilməsi üçün növbədənkənar iclas çağırıb.
İclasda şuranın 65 üzvündən cəmi beşi iştirak edib. Bundan başqa “Yerkir tsirani” partiyasının 3 üzvü, eləcə də vitse-mer Kamo Areyan da iclasa qatılıb. İclası aparan Areyan kvorumun olmadığını deyib.
Şurada təmsil olunan üç qüvvədən ikisi – Respublika partiyası və Yelk bloku daha öncə bildiriblər ki, merliyə namizədliklərini verməyəcək, iclasa getməyəcəklər.
Sayca azlıqda olan “Yerkir tsirani” isə Zarui Postancyanın namizədliyini irəli sürüb. Bu gün özü və tərəfdarları meriya qarşısında dəstək aksiyası da keçiriblər. İyulun 9-da Taron Markaryan mer vəzifəsindən istefa verib.
Qanunvericiliyə görə, Ağsaqqallar Şurası yeni meri seçə bilməsə, buraxılacaq və yeni şəhər seçkiləri təyin olunacaq. (Azadlıq Radiosu)