Avropa Şurasının baş katibi Turbyörn Yaqland ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşü “yaxşı” fakt adlandırıb. O, bu barədə “Twitter” səhifəsində yazıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Turbyörn Yaqland öz qeydində iki ölkənin rəhbərlərinin görüşünün keçirilməsi haqqında nikbin fikir söyləməklə yanaşı, Finlandiya hökumətini və Prezident Sauli Niinistönü təbrik də edib.
Xatırladaq ki, Helsinkidə Donald Tramp və Vladimir Putinin ilk tamformatlı görüşü keçirilir.