XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 08:53

Bağdadinin ölüm xəbəri təsdiqlənmir

Pentaqon belə deyir

“Bağdadinin ölümü və ya ciddi yaralanması haqqında əlimizdə heç bir informasiya yoxdur”. Strateq.az-ın məlumatına görə, bu sözlər Pentaqon sözcüsü albay Steve Varrenə aiddir. Sözcü dünən İngiltərənin “Guardian” qəzetinin Bağdadi barədə xəbərini şərh edərkən bunları deyib.

Xatırladaq ki, qəzet mart ayında koalisiya qüvvələrinin ağır bombardımanı zamanı ciddi xəsarət alan İŞİD lideri Əbubəkr Bağdadinin terror təşkilatına nəzarət edə bilmədiyini xəbər vermişdi. Xəbərə görə, hətta İŞİD yetkililəri liderlərinin öldüyünü düşünüb yeni xəlifələrini belə seçiblər. Köhnə liderin əcələ təslim olmadığını görüb bu qərardan vaz keçən İŞİD-çilər Bağdadinin təşkilata nəzarət imkanını itirməsi ilə də, guya, tamamilə baş qalıblar.

Steve Varren bu məlumatı təkzib edərək, mart ayında Bağdadini hədəf alan hər hansı hərbi əməliyyat keçirmədiklərini deyib. Sözcü güman edir ki, bu xəbər mart ayında yayılmış dezinformasiyasının geri dönüşündən yaranıb və böyük ehtimalla, həqiqəti ifadə etmir.

Strateq.az