XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 22:31

ABŞ İrana qarşı sanksiyaların tətbiqi zamanı bəzi ölkələrə güzəşt edə bilər –Maliyyə naziri

Birləşmiş Ştatlar Tehrana tətbiq edəcəyi sanksiyalardan sonra qlobal neft bazarının çökməsinin qarşısını almaq məqsədilə İrandan neft idxalını dayandırmaq üçün daha çox vaxta ehtiyacı olan ölkələrlə bağlı istisna hallarını müzakirə edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Meksikaya səfərdən qayıdan maliyyə naziri Stiven Mnuçin deyib.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Vaşinqtonun İranla nüvə sazişindən çıxması səbəbindən Tehrana qarşı sanksiyaları bərpa edəcəyi tarixdən – noyabr ayından etibarən digər ölkələri İran neftinin idxalını dayandırmağa çağırıb.

S.Mnuçin bildirib ki, iyulun 19-22-də G20 ölkələrinin maliyyə nazirlərinin Buenos-Ayres sammitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən gəlmiş həmkarları ilə görüşlər keçirəcək. Danışıqlar zamanı ABŞ-ın İrana qarşı sanksiyalarının da müzakirə olunacağı gözlənilir.