ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını “düşmən” adlandırması etiraza səbəb olub.
Buna Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini münasibət bildirib:
“Aİ düşməndir? Ondan kimləri dost saydığını soruşmaq istərdim”.
ABŞ-ın Avropanın yaxın dost və tərəfdaşı olduğunu bildirən Moqerini “İdarəetmədəki dəyişikliklər ölkələr və xalqlar arasındakı dostluğu dəyişdirməz” deyib/Teleqraf.com.