“Avropa Birliyi şərq istiqamətində mütləq şəkildə müdafiə imkanlarını artırmalıdır”.
Bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib. Baş nazir fikrinə əsas kimi Rusiya təhlükəsini göstərib.
“NATO-nun şərq qanadı mütləq gücləndirilməlidir. Çünki Rusiyanın təcavüzkar siyasəti başa çatmayıb. Bu siyasət heç bir şəkildə zəifləməyib”, – Moravetski bildirib/Axar.az.