XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 21:25

BMT-nin Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasını qəbul etdi –Sanksiyalarla bağlı

BMT-nin Beynəlxalq Məhkəməsi sanksiyaların tətbiqi ilə əlaqədar İranın ABŞ-a qarşı iddiasını qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İran tərəfinin qənaətinə görə, ABŞ dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları üzrə ikitərəfli Sazişin müddəalarını pozub və pozmaqda davam edir.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. D.Tramp İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib.