XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2018 - 12:09

Kəşfiyyatçını və qızını zəhərləyənlər tapılıb –Britaniya kəşfiyyatı olayda bir neçə rusiyalının əli olduğunu açıqladı

Britaniyalı təhqiqatçılar rusiyalı keçmiş ikili agent Sergei Skripal və qızına Novichok sinir qazıyla hücumda şübhəliləri müəyyənləşdirdiyini bildirir. Məlumatı Press Association (PA) iyulun 19-da yayıb.

İstintaqa bələd, adı çəkilməyən mənbə bildirir ki, bu ölüm qəsdində bir neçə rusiyalının əli olub. Mənbə şübhəlilərin kimliyinin ölkəyə daxil olanlar barədə bilgilərin təhlükəsizlik məlumatlarıyla tutuşdurulması nəticəsində təsdiqləndiyini söyləyib.

Təhqiqatçıların bildirməsinə görə, Skripallara sui-qəsddə bir neçə rusiyalının əli olmasından şübhələnirlər və azı bir şübhəli hələ də axtarılır.

Skripal və qızı Yulia martın əvvəlində İngiltərənin cənubundakı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. “Onların Noviçok”la zəhərləndiyini aşkarlanıb. Hər ikisi müalicədən sonra xəstəxanadan buraxılıb.

London bu hücuma görə Moskvanın məsuliyyət daşıdığını dəfələrlə bildirib. Rusiya isə insidentdə heç bir əli olmadığını deyir.

Bu hesabatın açıqlandığı bir vaxtda 44 yaşlı britaniyalı Daun Sturgessin ayın əvvəlində dünyasını dəyişməsi də araşdırılır. O, iyunun 29-da “Noviçok” tipli sinir qazıyla zəhərlənəndən sonra vəfat edib.

Sturgessin partnyoru, 45 yaşlı Çarli Rovleyinin evindən bir butulkada sinir qazı aşkarlanıb. Rovley hazırda ağır vəziyyətdə xəstəxanadadır.

Polisin bəyanatında deyilir ki, həmin butulkadakı “Noviçok”un Skripalların zəhərləndiyi sinir qazıyla “eyni partiya”dan olub-olmadığını müəyyənləşdirmək üçün əlavə testlər aparılır. (Azadlıq.org)