XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2018 - 12:50

Yaponiya İrandan neft idxalını dayandırır –Sanksiya qorxusu Tokionu da hərəkətə gətirdi

Yaponiyanın neft şirkətləri İrandan neft idxalının dayandırılmasını nəzərdən keçirməyə başlayıb.

Bu barədə məlumatı Yaponiyanın “Nikkey” qəzeti yayıb.

Artıq idxalın dayandırılmasıyla bağlı ABŞ-ın JXTG Holdinq, “İdemitsu Kosan” və digər neft şirkətlərinə xəbərdarlıq məktubu göndərdiyi də vurğulanır.

Bununla əlaqədar olaraq Yaponiyanın xarici işlər və iqtisadiyyat nazirlikləri ABŞ-la danışıqlara başlayıb.

Qeyd edək ki, bundan öncə Hindistan da öz şirkətlərinə İrandan neft idxalının dayandırılması imkanlarını nəzərdən keçirməyi tapşırmışdı/Axar.az.