XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2016 - 13:38

Putin Qətər əmirinə yırtıcı quş hədiyyə etdi

Putin-BildRusiya prezidenti Vladimir Putin Qətər əmiri Tamim ben Hamad Əl Taniyə şahin quşu hədiyyə edib.

Bu barədə Qətərin “Al Dawri” telekanalı bildirib.

Televiziyanın yaydığı məlumata görə, Rusiya prezidenti Qətər əmirinə yırtıcı quşu onun Moskvaya səfəri zamanı təqdim edib. 

Rusiya lideriylə görüş çərçivəsində şeyx Tamim ben Hamad Əl Taniyə vurğulayıb ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək istəyir. Əmirin sözlərinə görə, Qətər Yaxın Şərqdə bəzi ölkələrin sabitliyi ilə bağlı olan problemlərin həllərini axtarmaq niyyətindədir.

“Əlbəttə, biz Rusiya ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəyik. Hazırki vəziyyətdən bizim regionumuz əziyyət çəkir. Dünyada sabitliyin bərqərar edilməsi məsələsində Rusiyanın rolu əsasdır. Biz Rusiyayla münasibətləri inkişaf etdirməyi və problemlərin həllini tapmağı çox istəyirik”, — deyə, Qətərin əmiri bildirib​(BAKU.WS).