XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 17:06

Sabiq prezident Köçəryan istintaqa çağrılıb: “Gəlməsə qanuna müvafiq addımlar atacağıq”

  

Ermənistanın sabiq prezidenti Robert Köçəryan iyulun 26-da istintaqa ifadə vermək üçün çağrılıb.

Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib. Onun sözlərinə görə,  Köçəryanın ifadəsinin  səs və videoyazısı aparılacaq.  S. Xaçatryan deyib ki, çağırışın qaydalarına əsasən sabiq prezident iyulun 26-da istintaqa gəlməlidir: “Əgər eks-prezident istintaqa gəlməsə o zaman qanunun tələb etdiyi müvafiq hərəkətləri tətbiq edəcəyik”.

Qeyd edək ki, Köçəryan 2 mart 2008-ci ildə ölkədə seçkilərin nəticələrinə etiraza  qarşı silahdan istifadə olunması ilə bağlı aparılan cinayət işi ilə əlaqadar dindirilir.