ABŞ-ın Pensilvaniya ştatında hərbi anbar ərazisində partlayış baş verib.
“Russia Today” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Telekanalın məlumatına görə, hərbi obyektin ərazisində 3600-dən çox əməkdaş çalışır.
Hadisənin təfərrüatı, eləcə də xəsarət alanların vəziyyəti hələlik məlum deyil/Report.