XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 09:35

ABŞ dövlət katibi:“Putin Trampdan sabiq Amerika səfirinin Moskvada dindirilməsini istəyib”

 

“ABŞ-ın Rusiyaya Vaşinqtonun Moskvadakı sabiq səfiri  Maykl Makfolu dindirməyə icazə vermək fikri yoxdur”.

Bunu “Amerikanın Səsi”nə dövlət katibi Mayk Pompeo bildirib. “Bu baş verməyəcək,” – deyə baş ABŞ diplomatı Dövlət Departamentində verdiyi müsahibədə bildirib. Pompeo deyib ki, Putin Helsinki sammiti əsnasında prezident Donald Trampla görüş zamanı “bir neçə mövzuda təkliflər səsləndirib.”

“Prezident Putin bu sorğu ilə bağlı bir neçə təklif, şərh və düşüncə səsləndirib,”- Pompeo Amerikanın Səsinə deyib. “Prezident Tramp qəti şəkildə aydın edib ki, biz amerikalıları Rusiyaya gedib ruslar tərəfindən dindirilməyə məcbur etməyəcəyik.”

Rusiya lideri ABŞ xüsusi prokuroru Robert Müllerin təhqiqatçılarının Moskvaya gələrək orada 12 hərbi kəşfiyyatçını dindirməyi təklif edib. Söhbət 2016-cı il prezident seçkiləri zamanı Demokrat Partiyası fəallarının kompüterlərinə haker hücumları etmiş kəşfiyyatçılardan gedir.

Bunun müqabilində Putin Trampdan Makfolu və Rusiyanı törətdiyi insan haqları pozuntularına görə cavabdeh tutacaq Maqnitski Qanununun qəbul edilməsində instrumental rol oynamış britaniyalı biznesmen Bill Brauderin dindirilməsinə icazə verməsini istəyib.

2012-2014-cü illərdə Moskvada ABŞ səfiri olmuş MkFol rəsmi Vaşinqtonu “kateqorik şəkildə” Putinin təklifini rədd etməyə çağırıb. Onun sözlərinə görə Putin rus casuslarına qarşı ABŞ ittihamnaməsi ilə amerikalı diplomatların fəaliyyəti arasında mənəvi ekvivalentlik yaratmağa çalışır.