XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2016 - 14:19

ABŞ və Avropanın müdafiə nazirləri İŞİD-ə görə toplandı

Parisdə toplanan anti-terror koalisiyasının aparıcı ölkələrinin müdafiə nazirlərinin əsas müzakirə mövzusu sosial şəbəkələrdə İŞİD qruplaşması ilə mübarizə olub.

shebekeBu barədə Avstraliyanın Müdafiə naziri Maris Peyn yerli KİV-lərə verdiyi müsahibəsində bildirib.

Azərtac xəbər verir ki, görüşdə ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Niderland, İtaliya və Fransanın Müdafiə nazirləri iştirak ediblər.

Avstraliya və koalisiya iştirakçısı olan digər dövlətlərin indiyədək İŞİD-in sosial şəbəkələrdə apardıqları təbliğata zəif reaksiya verdiyini etiraf edən Maris Peyn müasir dövrdə hərbi kampaniyanın nəinki döyüş meydanında, həmçinin digər cəbhələrdə, o cümlədən də sosial şəbəkələrdə aparılmalı olduğunu vurğulayıb. Avstraliyanın Müdafiə naziri Böyük Britaniyanın bu sahədə liderliyi öz üzərinə götürdüyünü və digər ölkələrin onu dəstəkləməyə hazır olduğunu bildirib.

Maris Peyn Paris görüşünün iştirakçılarının, eyni zamanda, İraq və Suriyadakı fəaliyyətlərinin strategiyası və koordinasiyası məsələlərini də müzakirə etdiyini deyib və bu məsələyə dair müzakirələrin NATO ölkələrinin hərbi idarə başçılarının fevral ayında Brüsseldə baş tutacaq görüşündə davam edəcəyini qeyd edib.