XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 16:37

Sabiq dövlət başçısına daha 8 il həbs cəzası –Koreya prezidenti seçki qanunlarını da pozubmuş

Cənubi Koreya məhkəməsi cümə günü sabiq prezident Pak Qınheni dövlət büdcəsindən sui-istifadə etdiyi və seçki qanunlarını pozduğu üçün əlavə səkkiz il müddətinə azadlıqdan məhrum edib.

Bununla o, ümumilikdə 30 ildən çox həbs cəzası çəkə bilər. Pak Qınhe ötən il onun vəzifədən çıxarılması ilə nəticələnən böyük korrupsiya qalmaqalı səbəbilə 24 il müddətinə həbs cəzası alıb.

Seulun Mərkəzi Rayın Məhkəməsi cümə günü onu prezidentlik müddətində Milli Kəşfiyyat Xidmətinin rəhbərlərindən qanunsuz şəkildə 3 milyard dollar alaraq, dövlət büdcəsinə zərər vurmaqda təqsirli bilib və 6 il həbs cəzası verib.

Lakin, Pak Qınhe pul transferi ilə əlaqəli olan rüşvət ittihamlarında təqsirli tanınmayıb.

Bundan əlavə olaraq məhkəmə ona 2016-cı il prezident seçkilərindən öncə partiyasının namizəd nominasiyasına müdaxilə edərək seçki qanunlarını pozduğuna görə əlavə iki il həbs cəzası tətbiq edib.

Pak Qınhe məhkəməyə gəlməyib.

Cənubi Koreya qanunvericiləri milyonlarla insanın etirazlarından sonra 2016-ci ilin dekabr ayında Pak Qınheni impiç edib. O, ötən ilin mart ayında ölkənin Konstitusiya məhkəməsinin qərarının ardından rəsmi olaraq vəzifədən uzaqlaşdırılıb, bir həftə sonra isə həbs olunub.

(Amerikanın səsi)