XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 15:19

Türkiyənin ən zəngin iş adamlarından biri vəfat etdi

Bu gün səhər saatlarında ürək çatışmazlığından vəziyyəti kəskin pisləşən Mustafa Koç təcili xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

56 yaşlı Koç əvvəlcə Beykoz Dövlət Xəstəxanasına, oradan da Amerikan Xəstəxanasına aparılmşdı.4 saatlıq həkim müdaxiləsindən sonra M.Koç Türkiyə saatı ilə 11.30-da dünyasını dəyişib.

****

koc-orta-1Türkiyənin ən zəngin iş adamlarından biri Mustafa Koç ürək çatışmazlığından Beykoz Dövlət Xəstəxanasına aparılıb.

Strateq.az-ın məlumatına görə, bu xəstəxanada iş adamını 40 dəqiqə tibbi müdaxilə ilə həyata qaytarmağa çalışıblar. Müalicə hələ də davam edir.

Yaxın dəqiqələrdə Koçun Amerikan xəstəxanasına aparılacağı bildirilir. Bu məqsədlə artıq hazır vəziyyətə gətirilən tibbi vertolyot iş adamının səhhətinin qismən düzəlməsini gözləyir. Xəstənin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, 56 yaşlı Mustafa Koç soyadının ismiylə anılan dünyaca məşhur bir holdinqin rəhbəridir. Həyatını qurtarmaq üçün aparılacağı “Amerika” xəstəxanası isə 1995-ci ildə Koç ailəsi tərəfindən alınıb və hazırda Türkiyənin ən yaxşı tibb mərkəzlərindən biri sayılır.

Qismətə bax ki, tale Mustafa Koça həyata qayıtmaq uğrunda mübarizəni öz şəxsi tibb mərkəzində yox, dövlət xəstəxanasında aparmağı məsləhət bilib.