XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 10:31

İran Yaxın Şərq məsələsinin müzakirə mərkəzinə çevrilir

Bir tərəfdən İsrail, digər tərəfdən ABŞ-ın bir sıra konqresmen və senatorları boğazını yıtmasına, Səudiyyə Ərəbistanı və digər körfəz ərəb dövlətlərinin inadlarına baxmayaraq İran Yaxın Şərq siyasətində öz varlığını daha təsirli göstərməyə başlayıb. O, artıq Suriya məsələsinin həllində də insiativi ələ keçirmək əzmindədir. Dünən İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatlar da bu iddianı təsdiqləyir.

Məlumata görə İran, Suriya və İsveçrənin ən yetkili diplomatik dairələri Tehrana toplanaraq Suriyada baş verənləri müzakirə ediblər. Müzakirınin əsas mövzusu Suriya xalqına hümanitar yardımların çatdırılması məsələsi olub. Buna baxmayaraq görüşdən sonra keçirilən mətbuat konfransında Suriyanın gələcəyinə dair fikirlər də səsləndirilib. İsveçrə diplomatının dilə gətirdiyi sözlər isə daha çox maraq doğurub. Belə ki, İsveçrə Xarici İşlər nazirinin hümanitar yardımlar üzrə müavini Manuel Bessler Suriyada hümanitar böhranın sona çatdırılmasının ən qısa yolunun onun torpaq bütünlüyündən və münaqişənin həllində siyasi çözüm yollarının tapılmasından keçdiyini bildirib.

Suriyanın Xarici İşlər nazirinin müavini isə öz isverçrəli həmkarına bu böhranda tərəfsiz rol oynadığına görə təşəkkürünü çatdırıb. İranlı diplomat Abdullahiyan da həmçinin bu çalışmaların vacibliyinə toxunub və BMT-nin baş katibi Ban Ki-munun da prosesləri ciddi incələdiyi gizlətməyib: “Biz toplantının nəticələriylə bağlı Van Ki-munu vaxaşırı məlumatlandırıq”.

İran Xarici İşlər nazirliyinin açıqlamasında o da qeyd olunur ki, məsələylə bağlı İsveçin Xarici İşlər nazirliyinin Suriya üzrə xüsusi təmsilçisi də Tehrana gəlmiş və görüş haqqında məlumat alıb. Bu görüşdən əvvəl isə İraq, İran və Suriya diplomatlarının Yəmən məsələsini müzakirə etdikləri bildirilir.