XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2018 - 19:11

Acarıstanın yeni hökumət başçısı təsdiq olunub

Tornike Rijvadze Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə təsdiq olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, MR-in Ali Məclisi bugünkü iclasında T. Rijvadze və yeni hökumətə səs çoxluğu ilə etimad göstərib.

Qeyd edək ki, T. Rijvadze hakim “Gürcü Arzusu” Partiyasının Acarıstanın hökumət başçısı vəzifəsinə namizədi olub. O, “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru idi. Bu vəzifəyə qədər isə Gürcüstanın energetika nazirinin müavini vəzifəsində çalışıb.

Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.