XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2018 - 19:38

Gürcüstanın müxalif partiyası prezidentliyə namizəd irəli sürüb

Gürcüstanın müxalif “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.

APA-nın yerli bürosunun məlumatına görə, D.Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim olunub.

Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”.

Qeyd edək ki, D.Bakrazde parlament azlığının lideridir. O, 2013-cü ildə prezident seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının namizədi olub.

D.Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.