XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2018 - 10:08

London Brüsselə 51 milyardı ödəməkdən imtina edir –Yeni ticarət razılaşması imzalanmasa

 

 Böyük Britaniya “Breksit” üçün Avropa İttifaqına ödəmələrdən imtina edə bilər.

Bu haqda “Breksit” məsələləri üzrə nazir Dominik Raab “The Telegrapf” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Brüssel Avropa İttifaqı ilə “boşanma”dan sonra yeni ticarət razılaşması imzalamasa, Böyük Britaniya quruma kompensasiyaları ödəməkdən imtina edəcək.

“Avropa İttifaqı haqqında müqavilədə göstərilir ki, ittifaqdan çıxış haqqında danışıqların gedişinda həmçinin, gələcək münasibətlərin parametrləri üzrə məsələlər həll edilməlidir. Ola bilməz ki, bir tərəf saziş üzrə öz öhdəliklərini yerinə yetirsin, digər tərəf yerinə yetirməsin”, – o dedi.

İndiki razılaşmalara görə, Böyük Britaniya “Breksit” üçün Avropa İttifaqına 39 milyard funt-sterlinq (51 milyard avro) ödəməlidir. (Publika.az)