XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2018 - 12:51

İranda 5,7 bal gücündə zəlzələ olub –Dağıntı və tələfat barədə hələ məlumat verilmir

 Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub,  600-dən çox insan ölüb.