XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 16:10

750 min Suriya vətəndaşı evinə qayıdıb –BMT hesabat açıqladı

 Ölkələrindəki daxili savaşdan Avropaya qaçmaq məcburiyyətində qalan 750 min suriyalı evinə qayıdıb.

AzEuroNews.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) hesabat yayıb. Hesabat bu ilin ilk altı ayını təşkil edir. Hesabatda vurğulanır ki, keçən ilin ilk altı ayında da ölkəsinə qayıdan suriyalı qaçqınların sayı təxminən 750 min olub.

BMT-nin Humanitar Yardım koordinatoru Panos Moumtzis qeyd edib ki, bu ilin son 4 ayında 920 min suriyalı Avropaya qaçmaq məcburiyyətində qalıb.

BMT-yə görə Suriyadakı müharibə dünyada ən böyük humanitar böhrana səbəb olub. Suriyadakı vətəndaş müharibəsi səbəbiylə 12 milyon suriyalı evini tərk etmək məcburiyyətində qalıb.