XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 16:20

ABŞ Ukrayna ordusuna 200 milyon dollar ayırdı –Pentaqon açıqlama yaydı

 

ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə imkanlarını gücləndirmək üçün 200 milyon dollar ayırdığını bildirib.

Pentaqonun cümə günü verdiyi elanında deyilir ki, bu vəsait hərbi təlimlər, təchizat və konsultasiya yardımı üçün istifadə ediləcək. Əlavə edilir ki, yardımın və təchizatın çatdırılması tarixləri daha sonra müəyyən ediləcək.

Beləliklə 2014-cü Rusiyanın ildə Krımı ilhaq etməsindən bəri ABŞ-ın Ukraynanın təhlükəsizlik sektoruna ayırdığı ümumi vəsaitin həcmi 1 milyard dollar təşkil etdi. Ukrayna höküməti silahlı qoşunlarlnın NATO alyansına daxil olan ordulara müvafiq səviyyəyə gətirmək üzərində çalışır.

Yeni yardım Helsinkidə Donald Tramp və Vladimir Putin arasında zirvə görüşündən sonra ABŞ-Rusiya münasibətləri ilə bağlı yaranmış siyasi debatların olduğu bir zaman həyata keçirilir. (Amerikanın Səsi)