XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 09:07

ABŞ dövlət katibi:“Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər”

“Suriya Demokratik Qüvvələri” tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri  vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib: Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyikDavamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur”, – deyə M.Pompeonun bəyanatında bildirilir.

Pompeonun bəyanatı Suriyanın Daşiş yaşayış məntəqəsinin “Suriya Demokratik Qüvvələri” tərəfindən azad olunması ilə əlaqədar yayılıb.

Əsasən kürd silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” ABŞ tərəfindən aktiv dəstəklənir. (APA)