XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 11:22

Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başlayıb –Hərbiçilər Alagöz poliqonuna marş edib

 

Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya  cəlb olunub.

Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir.