XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 14:25

Ermənistan Müdafiə Nazirliyində növbəti iri korrupsiya faktının üstü açılıb

Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin hərbi hissələrindən birində böyük mənimsəmə faktını ifşa edib.

Trend-in məlumatına görə, bunu müdafiə naziri David Tonoyan deyib. D.Tonoyan təfərrüatları açıqlamasa da, bu mənimsəmənin həcminin çox böyük olduğunu və azuqəyə aid oluğunu bildirib.

O qeyd edib ki, hazırda Müdafiə Nazirliyində korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının irimiqyaslı operativ-axtarış işləri nəticəsində yüksək vəzifəli şəxslərin, həkimlərin və hərbi komissarlığın əməkdaşlarının iştirakı ilə bir qrup Ermənistan vətəndaşının cəlb olunduğu korrupsiya sxeminin üstü açılıb.

Müəyyən edilib ki, ən azı 40 çağırışçı rüşvət müqabilində cari ildə hərbi xidmətdən möhlət alıb və ya azad edilib.