XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 22:43

Ərdoğan və Putin Afrikada görüşəcəklər –Sammitdə

 

Bu həftə Cənubi Afrikada BRICS sammitinə qatılacaq Türkiyə prezidenti səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRICS iyulun 25-27-də Yohannesburqda yığışacaq. Bu arada inkişaf etməkdə olan iqtisadiyyatlar potensial qlobal ticarət müharibəsinə qarşı iqtisadi siyasətlərini daha sıx koordinasiya etməyə çalışırlar.

Türkiyə BRICS üzvü olmasa da, Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sədri kimi toplantıya qatılacaq. Rusiya ilə Türkiyə geosiyasi əməkdaşlığı gücləndirir. Suriya münaqişəsində əməkdaşlıq edirlər, Rusiya Ankaraya S-400 havadan müdafiə sistemləri satmağı planlaşdrır. Türkiyənin üzv olduğu NATO isə bu razılaşmaya qarşı çıxır.

Ərdoğan da Çin prezidenti Tsi Cinpinq kimi Afrika ilə münasibətləri gücləndirməyə çalışır. O, Afrikanın 20 ölkəsinə səfər edib. Tsi iyulun 22-də Ruandaya gedib. O, Şərqi Afrikanın bu ölkəsinə səfər edən ilk Çin prezidentidir.( Amerikanın Səsi)