XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2018 - 11:41

Pakistanda partlayış:30-a yaxın insan ölüb

Pakistanın Kvetta şəhərində partlayış törədilib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 30-a yaxın insan həlak olub.

Bundan başqa, ölkənin Lətifabad şəhərində Milli Müsəlman Liqasının deputatlığa namizədi Faysal Nədimin seçki qərargahına əl qumbarası atılıb. Nəticədə Faysal Nədim və sürücüsü yaralanıb. Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi bilinmir. Hazırda ölkənin təhlükəsizlik qüvvələri əməliyyat keçirir.

Qeyd edək ki, bu gün Pakistanda parlament seçkiləri keçirilir.