XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 12:06

Lukaşenko Belarusun qapılarını Qərbin üzünə açır –Ölkəyə vizasız səfər müddəti 5 gündən 30 günədək uzadılıb

Belarus ölkəyə vizasız səfər müddətini 5 gündən 30 günədək uzadıb. Minsk bildirir ki, bundan məqsəd ölkəyə daha çox turistin cəlb edilməsidir.

Prezident Aleksandr Lukaşenko iyulun 24-də 39 Avropa ölkəsi də daxil 80 ölkədən Belarusa gələn qonaqların vizasız səfər müddətini 30 günə çatdıran fərman imzalayıb. Bura Birləşmiş Ştatlar, Avstraliya və Yaponiyadan gələn turistlər də daxildir.

Fərman qüvvəyə dərc edildikdən sonra minəcək.

Fərmanda deyilir ki, bu addımdan məqsəd Belarusun turizm sektorunun inkişaf etdirilməsidir.

Vizasız gəliş qaydası yalnız Minskin əsas hava limanına gəlib və buradan qayıdanlara şamil ediləcək.

Vizasız qayda Rusiyadan gələn və yaxud ora gedən şəxslərə aid olmayacaq, çünki iki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış sistemi yoxdur.

Belarus Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Ölkəyə 1994-cü ildən rəhbərlik edən Lukaşenko Belarusda daxili etirazlara və fərqli düşüncəyə qarşı sərt mövqe tutur.

(Azadlıq.org)