XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyul 2018 - 19:25

Güclü yağış İstanbulda sel və daşqına səbəb olub

Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.

Azərtac xəbər verir ki, bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb.

Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.