XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2018 - 11:14

Kabildə daha bir terror hücumu –Təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı ölüb

Əfqanıstan paytaxtı Kabildə terror hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı dörd əməkdaşı ölüb.

Bu barədə “Report” “ToloNews” telekanalına istinadən xəbər verir.

Polisin verdiyi məlumata görə, Baq-e-Daud rayonunda terrorçu-kamikadze özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları yanında partladıb. Beş nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə radikal “Taliban” hərəkatının yaraqlıları götürüblər.