“Almaniya Trampla Yunker arasında əldə edilən razılaşmanı alqışlayır”.
Bu sözləri öz Tvitter səhifəsində Almaniya Xarici İşlər naziri Hayko Maas paylaşıb.
“ABŞ və Avropa düşmən deyil. Ümid edirəm ki, Ağ Ev əvvəlki kimi bunu anlayacaq. Avropa özünün parçalanmasına imkan verməyəcəyini sübut etdi”, – deyə o, bildirib.
Qeyd edək ki, Tramp bundan öncə Yunkerlə görüşü zamanı ona ABŞ və AB-nin eyni anda ticarət bariyerlərini aradan qaldırmağı təklif edib. Üstəlik, görüşdə AB ABŞ-dan sıxılmış qaz və kənd təsərüffatı məhsulları idxalını artırmağa razılıq verib/Axar.az.