XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 17:07

“Suriyada vəziyyət Böyük Vətən müharibəsini xatırladır” –Bəşər Əsəd

Suriya Prezidenti Bəşər Əsəd ölkədəki terrorçuların vəhşi əməllərini nasistlərlə müqayisə edərək, hazırki vəziyyətin Böyük Vətən Müharibəsi illərini xatırlatdığını bildirib.

Bu barədə Suriya Prezidenti ölkəsində həlak olan rus hərbçilərin ailələri ilə keçirilən görüş zamanı danışıb.

“Sizin ərləriniz və atalarınız yalnız Suriya xalqını deyil, eyni zamanda, rus xalqını və digər xalqları müdafiə etdilər. Ola bilsin aranızda ən gənc olanlar sizin ölkənizdə terrorçuların etdiklərini – məktəbə hücum etmələri və uşaqları öldürmələrini, teatrda insanları qətlə yetirmələrini xatırlamasınlar. Suriyadakı vəziyyət Rusiyadakına bənzəyir, onlar (terrorçular) da uşaqları öldürürlər. Məktəblərdə Böyük Vətən müharibəsi barədə oxumusunuz. İndi də bizim ölkəmizdə buna bənzər şeylər yaşanır”, – Əsəd bildirib/Axar.az.