XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 21:58

“Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi” –İmran Xanın partiyası qələbə qazanıb

Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan Pakistan parlamentinin (Milli Assambleya) Aşağı Palatasına ümumxalq seçkilərində rəhbərlik etdiyi partiyanın qələbə qazandığını elan edib.

Bu barədə TASS xəbər verib.

“Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi”, – İ.Xan deyib.

Bu ana qədər onun partiyası 272 yerdən 117-i qazanıb.

Ondan sonra Pakistan Müsəlman Liqası – Nəvaz Fraksiyası (PML-N) gəlir. Onlar ilkin məlumatlara əsasən, 64 yerə iddia edirlər. Üçüncü sırada isə 37 yerlə Pakistan Xalq Partiyası (PXP) qərarlaşıb/Report.