XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 12:45

Ərdoğanla Putin İrəvan səfərini müzakirə edib

putin erdoqan.jpg

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar İrəvana planlaşdırılan səfərini müzakirə edib.

Strateq.az APA-ya istinadla bildirir ki, bu barədə “İnterfaks”a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Məsələ ilə bağlı iki ölkə liderləri arasında söhbət olub. Ərdoğan Putinin Ermənistana səfər planlarından xəbərdardır”, – deyə o vurğulayıb.

Uşakov onu da əlavə edib ki, Türkiyə prezidenti Rusiyanın çanaqqala tədbirlərində kifayət qədər yüksək səviyyədə təmsil olunacağından məlumatlıdır. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Sergey Narışkin rəhbərlik edəcək.